BAKI, 6 aprel — Sputnik. Məhz 2018-ci il aprelin 6-da "Güzəştli mənzil" sistemini tətbiq edən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) MMC ilk dəfə olaraq Yasamal yaşayış kompleksində mənzillərin satışına başladığını elan edib.
Ötən dörd il ərzində agentlik qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində mühüm irəliləyişlər əldə edib. Eyni yaşayış kompleksində ikinci layihə çərçivəsində (Yasamal-2) yüzlərlə kvadratmetrlik mənzillər satılıb. Ancaq bu yaxınlarda bəzi sosial şəbəkə istifadəçiləri MİDA-nın Yasamal yaşayış kompleksində satışa çıxardığı 442 mənzilin cəmi 4-5 saniyəyə satılmasından narazılıqlarını bildiriblər. Bununla bağlı müxtəlif fərziyyələr ortaya çıxıb.
Bakıda sosial mənzil layihəsinin hansı çətinliklərlə üzləşdiyini və hansı perspektivləri gözlədiyini, eləcə də onun regionlarda həyata keçirilməsinin nəzərdə tutulub-tutulmaması barədə Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov aprelin 6-da, saat 15:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışacaq.
Tədbir iştirakçısına öncədən i.velizade@sputniknews.com elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt. 4.