AZƏRBAYCAN XƏBƏRLƏRİ

Xarici Kəşfiyyat Xidmətinə yeni səlahiyyət verilib

Səlahiyyətləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Fərmana əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 45.8-ci və 46.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər.
Həmçinin, həmin Qanunun 45.5-ci maddəsinin birinci cümləsində və ikinci cümləsində birinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.