AZƏRBAYCAN XƏBƏRLƏRİ

Qarabağ və Şərqi Zəngəzurda tikintilərə nəzarət edəcək şəxslərə səlahiyyətlər verildi

Prezident İlham Əliyevin ötən il imzaladığı Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb.
Sputnik
BAKI, 5 aprel — Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə inzibati xətalar haqqında işlərə üzrə protokol tətbiq etmək səlahiyyətində olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində aşkar edilmiş inzibati xətalar haqqında işlər üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi protokol tətbiq etmək səlahiyyətində olacaq.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması barədə Fərman 2021-ci il iyulun 7-də Azərbaycan Prezidenti tərəfindən imzalanıb.
Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları; Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.
TƏHSİL
Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələri harada yerləşəcək?