BAKI, 4 aprel — Sputnik. Xırdalanda güclü külək məktəbin damını uçurub. Sputnik Azərbaycan-ın xəbərinə görə, güclü külək nəticəsində Xırdalan 9 saylı məktəbin damı uçub. Məktəbin direktoru Həcər İbrahimova Sputnik Azərbaycan-a faktı təsdiqləyib.
O bildirib ki, hadisə bu gün səhər saat 11:00 radələrində baş verib. H.İbrahimova deyib ki, hadisə zamanı məktəb kontingentindən, eləcə də şagirdlərdən xəsarət alan olmayıb.
Direktor onu da bildirib ki, məktəb 2006-cı ildə inşa olunub.
Xatırladaq ki, bir müddət öncə güclü külək nəticəsində Səbail rayonu 162 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.