BAKI, 4 aprel — Sputnik. Qazaxıstanın Şərqi Qazaxıstan vilayətində filiz daşıyan yük qatarı relsdən çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolları" açıqlama yayıb. Şahidlərin sözlərinə görə, hadisə zamanı 10-dan çox vaqon relsadən çıxaraq aşıb, daha 6 vaqon isə İrtış çayına düşüb.
Xatırladaq ki, aprelin 3-də Oskemen-Kumıstau dəmir yolu xəttində baş verən insident zamanı ümumilikdə 18 vaqon aşıb.
Həmin vaqonlardan ikisinin Rusiya Federasiyasının mülkiyyətində olduğu bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.