HƏRBİ

Ermənistan dövlət sərhəddindəki mövqelərindən Tovuzu atəşə tutub

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutub.
Sputnik
BAKI, 4 aprel - Sputnik. Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
"Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur", - MN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.