VİDEO

Ayılanda özlərini Ağdamın xarabalıqlarında tapdılar

Abbas, [04.04.2022 14:49]
Torpağına təzim edən ata, atasının qəbri üçün doğma torpağından pay aparan oğul və yurdunun ağ qarını əlində tutub, sevinən yerli sakin...Elinə-obasına 29 ildən sonra ayaq basan Ağdam sakinləri ilə bağlı "Sputnik Azərbaycan"ın xüsusi reportajını təqdim edirik.
Sputnik
Məhi Mehtiyev 29 il əvvəl öz doğma ata-baba yurdundan didərgin düşüb, bu illər ərzində bir dəfə də olsun öz elinə ayaq basmağa imkanı olmayan Ağdam rayon sakini... Elə avtobusdan düşən ilk anda dizlərini vətən torpağına atıb, yurduna təzim edir. Ürəyində nə az nə çox, düz 29 ilin ağrı-acısı, vətən-yurd həsrəti, torpaq yanğısı var.
Söhbətimiz zamanı məlum olur ki, özü Ağdam rayonunun Novruzlu kəndində doğulsa da, Qarazeynallı kəndində yaşayıb. Hamı kimi o da 29 il əvvəl ermənilər tərəfindən öz ata-baba yurdundan didərgin salınıb. Deyir ki, bu günkü səfər onu qarışıq hisslərin əsirinə çevirib .
Hər kəs yalnız təsəvvürlərdə qalan o xoş günləri xatırlayır. Əvvəl elə bilirlər ki, doğma yurda qayıdanda hər şeyi təsəvvürlərində olduğu kimi görəcəklər. Amma sazlı-sözlü, qonaqlı-qaralı Ağdam bu dəfə onları viran qalmış halı ilə qarşılayır. Buna baxmayaraq, hər kəs sevinclidir. Buranın yerli sakinləri - kiçikdən böyüyə hər kəs bir ünvana, erməni vandallarının 29 il əsiri olan Ağdam cümə məscinə tələsir. Tələsir ki, bu gün üçün şükranlıq dualarını səsləndirsin.