RUSİYA

Avropalılar aclıq təhlükəsi ilə üzləşə bilər

Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq.
Sputnik
BAKI, 4 aprel — Sputnik. Avropa İttifaqının sakinləri aclıq təhlükəsi ilə üzləşə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın "Farda" nəşri yazıb.
Materialda bildirilib ki, Polşanın keçmiş baş naziri Donald Tuskun öz ölkəsində çörəyin qiymətinin yaxın gələcəkdə dörd dəfə arta biləcəyi proqnozuna istinad edilir. Buna səbəb Ukraynada əkin kampaniyasının pozulmasıdır.
Digər təhlükəli tendensiya isə yanacaq qiymətinin artması ilə əlaqədardır. Avropa İttifaqı Rusiyaya güzəştə getməsə, rublla qaz almasa, qiymətlər daha da artacaq. Bu, enerji və avtomobil yanacağının qiymətinə də təsir edəcək.
Nəticədə isə bir çox digər məhsullar, o cümlədən ərzaqlar bahalaşa bilər.
İranlı jurnalistlər əmindirlər ki, yuxarıda qeyd olunan bütün problemlər və onların Avropa üçün kritik əhəmiyyəti səbəbindən çox güman ki, Avropa siyasətçiləri və hökumətləri çox yaxın gələcəkdə prinsiplərindən əl çəkməli olacaqlar.
Rusiya ərzaq və digər məhsulları yalnız dost ölkələrə tədarük edəcək: həm rubl, həm də razılaşdırılmış nisbətdə milli valyutası ilə.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dost olmayan ölkələrdən Rusiyaya idxalı qadağan edilən məhsulların siyahısını genişləndirməyi təklif edərək, Rusiyanın belə ölkələrdən məhsullar satın almayacağını bildirib.
O xatırladıb ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı real silah ixracını üstələyir. Keçən il bu, 37 milyard dollardan çox olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.