RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın Aviasiya və HHM İdarəetmə Mərkəzi sıradan çıxarılıb - Rusiya MN

Generalın sözlərinə görə, Rusiya ordusu Ukraynada hərbi xüsusi əməliyyat başlayandan 386 Ukrayna pilotsuz uçan aparatını məhv edib.
Sputnik
BAKI, 3 aprel - Sputnik. Rusiya hərbçiləri Ukrayna Hərbi Hava Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiə üzrə Xəbərdarlıq və Nəzarət Mərkəzini sıradan çıxarıb. RİA Novosti xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
"Kiyev vilayətindəki Vasilkov hərbi aerodromuna endirilən zərbə Ukrayna Hərbi Hava Qüvvələrinin Aviasiya və Hava Hücumundan Müdafiənin Xəbərdarlıq və Nəzarət Mərkəzini sıradan çıxarıb", - deyə Konaşenkov bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiya döyüş təyyarələri bir gündə Ukraynanın 42 hərbi obyektini məhv edib: "Gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası Ukraynanın 42 hərbi obyektini vurub", - general bildirib.
O, aydınlaşdırıb ki, zenit-raket komplekslərinin üç buraxılış qurğusu, o cümlədən bir Buk-M1 və iki Osa-AKM, bir artilleriya batareyası, iki reaktiv yaylım atəş sistemi qurğusu, iki raket və artilleriya silahı və sursat anbarı, həmçinin səkkiz qala və Ukrayna ordusunun hərbi texnikasının cəmləşdiyi ərazilər məhv edilib.
O, həmçinin bildirib ki, Rusiya ordusu Ukraynada hərbi xüsusi əməliyyat başlayandan 386 Ukrayna pilotsuz uçan aparatını məhv edib:
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri 386 pilotsuz uçuş aparatı, 224 zenit-raket kompleksi, 1918 tank və digər zirehli döyüş maşını, 209 reaktiv yaylım atəşi sistemi, 814 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 1789 xüsusi təyinatlı hərbi hissələr məhv edilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Buçadan görüntülər Kiyevin Qərb mediası üçün tamaşasıdır - Rusiya MN