HADİSƏ

Son yağıntılar sürüşmə zonalarına necə təsir edəcək?

Sürüşmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Xüsusilə Badamdar, Bayıl, Zığ, Qaraçuxurda müvafiq işlər görülür. Mövsümdən aslı olaraq sürüşmələrin dinamikasında artım ola bilər
Sputnik
BAKI, 3 aprel — Sputnik. Üç gün əvvəl Lerik rayonun Lərmərüd kəndində baş verən torpaq sürüşməsi ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub.
Sputnik Azərbaycan xəbər verir ki, hadisə il bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, baş verən torpaq sürüşməsinin digər evlər üçün nə dərəcədə təhlükəli olub-olmadığı öyrənilir.
Qeyd edək ki, hadisə nəticəsində kənd sakininə məxsus ev, içərisində mal-qara olan tövlə torpaq altında qalıb.
Xidmətinin rəisinin sözlərinə görə, mütəxəssislər həmin əraziyə cəlb olunub. Proseslərin inkişaf istiqaməti necə olacağı real geoloji şəraiti qiymətləndirdikdən sonra bilinəcək. Onun sözlərinə görə, ölkə ərazisində torpaq sürüşməsinə meyilli sahələr çoxdur. Aktiv sürüşmə zonaları əsasən Şamaxı-İsmayıllı, Abşeron yarımadası, cənub rayonarı, şimal bölgəsində Quba, Xaçmaz, Siyəzən bölgələridir.
Əli Əliyev bildirib ki, ümumiyyətlə Azərbaycanda 99 iri və lokal sürüşmə sahəsi mövcuddur.
Sürüşmələrin artmasının əsas səbəbləri normadan artıq atmosfer çöküntülərinin düşməsi və mövsümi xarakterli proseslərin təsiridir. Qarın intensiv əriməsi sürüşməyə meyilli ərazilərdə bu prosesləri sürətləndirir. Bu səbəbdən də cənub bölgəsində lokal sürüşmə baş verib. Abşeron yarımadasında isə intensiv yağıntı olsa da, hələlik proseslər qaydasındadır. Yalnız Nübar yaşayış massivində səthi çatların ölçülərində dəyişikliklər nəzərə çarpır. Lokal sürüşmələr əsasən yaz və payız mövsümlərində olur. Bu da geoloji şəraitdən asılı olaraq təbii prsosesdir. Böyük sürüşmələrə isə mövsümi, geoloji şərait və insan faktoru səbəb olur.
Sürüşmələrin qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Xüsusilə Badamdar, Bayıl, Zığ, Qaraçuxurda müvafiq işlər görülür. Mövsümdən aslı olaraq sürüşmələrin dinamikasında artım ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
Nazirlik rəsmisi: "Sürüşmə prosesləri aktivləşə bilər”