BAKI, 3 aprel - Sputnik. Ukrayna hakimiyyətinin təqdim etdiyi və rus qoşunlarının Buçadakı "cinayətlərini" təsdiqləyən materiallar növbəti təxribatdır. RİA Novosti-nin xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Kiyev rejimi tərəfindən dərc edilmiş və Rusiya hərbçilərinin bir növ “cinayətlərinə şahidlik edən bütün foto və video materiallar <...> növbəti təxribatdır”, - deyə İdarədən bildirilib.
Nazirlikdən onu da vurğulayıblar ki, adı çəkilən yaşayış məntəqəsi bütün müddət ərzində rusların nəzarəti altında olub, heç bir yerli sakin heç bir zorakılıqdan əziyyət çəkməyib.
Eyni zamanda, nazirlik qeyd edib ki, Moskva və Kiyev nümayəndələri arasında İstanbulda aparılan danışıqların ertəsi gün, martın 30-da bütün bölmələr şəhəri tərk edib.
“Üstəlik, martın 31-də Buça şəhərinin meri Anatoli Fedoruk videomüraciətində şəhərdə heç bir rus əsgərinin olmadığını təsdiqlədi, lakin küçələrdə əlləri bağlı olaraq güllələnən yerli sakinlərdən heç birini qeyd etməyib. Buna görə də təəccüblü deyil ki, Buçada bütün qondarma “cinayət sübutları” yalnız dördüncü gün, UTX əməkdaşları və Ukrayna televiziyasının nümayəndələri şəhərə gələndə peyda olub”, - deyə nazirlikdən bildirilib.
Nazirlikdən onu da bildiriblər ki, şəkilləri Kiyev rejimi tərəfindən dərc edilən insanların ən azı dörd gündən sonra bədənləri qurumayıb, xarakterik meyit ləkələri olmayıb və onların üzərindəki yaralarda laxtalanmayan qan var:
“Bütün bunlar təkzibedilməz şəkildə təsdiqləyir ki, Buçadan olan fotoşəkillər və videogörüntülər Mariupolda doğum evində, eləcə də digər şəhərlərdə olduğu kimi Qərb mediası üçün Kiyev rejiminin növbəti istehsalıdır”.
İdarədən o da bildirilib ki, şəhərin cənub ətrafı daim Ukrayna SQ tərəfindən atəşə tutulub.
Eyni zamanda, Rusiya Kiyev vilayətinə 452 ton humanitar yük çatdırıb, hərbçilər isə mülki əhalinin şəhər ətrafında hərəkətinə və mobil rabitədən istifadəsinə heç bir şəkildə mane olmayıblar.
Fevralın 24-də Rusiya Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Müdafiə Nazirliyinin bildirdiyinə görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Martın 25-də birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetirilib və Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azalıb. Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.