BAKI, 3 aprel - Sputnik. Qərbin sanksiya siyasəti dünya ehtiyat valyutasının aşınması prosesini sürətləndirir. RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi , Dmitri Peskov “Rossiya 1” kanalında müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, beləliklə də, "dollar və avronun etibarlılığına şübhə ilə yanaşan ölkələrin sayı artır, milli valyutalarda qarşılıqlı hesablaşma variantları üzərində düşünür".
Peskov onu da qeyd edib ki, Rusiyanın başqa ölkələrdə yerləşən valyuta ehtiyatları əvvəllər həbs edilib:
"Bundan əvvəl bir proses var idi və bu, yəqin ki, dünya ehtiyat valyutasının aşınması prosesini sürətləndirir. Bu da hər zaman hamı üçün belə dayaq olmuş dollar və avroya inamın aşınmasıdır. Dollar və avronun etibarlılığına şübhə ilə yanaşan ölkələr getdikcə daha çox milli valyutaların qarşılıqlı hesablaşmalarının variantlarını hazırlamağa, işləməyə meyllidirlər. Bu prosesi dayandırmaq olmaz, daha da artacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.