HADİSƏ

Oğuz meşələrində baş vermiş yanğın söndürülüb

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz bölməsinin xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Sputnik
BAKI, 3 aprel — Sputnik. Oğuz rayonunun meşəlik əırazilərində baş vermiş yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.
Xatırladaq ki, hadisə bu gün günorta saatlarında rayonun Xaçmaz Qışlaq kəndi yaxınlığındakı meşəlik ərazidə qeydə alınıb.
Yanğını söndürmək üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz bölməsinin 3 ədəd texnikasi və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
***
Oğuzda güclü yanğın başlayıb. Hadisə rayonunun Xaçmaz Qışlaq kəndi yaxınlığındakı meşəlik ərazidə baş verib. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir.
Günorta saatlarından başlayan yanğını söndürmək üçün əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz bölməsinin 3 ədəd texnikasi və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Lakin hələ də alovu ram etmək mümkün olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.