BAKI, 3 aprel - Sputnik. Aprelin 4-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən istinadən Report-a xəbər verilib.
Bildirilib ki, imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, aprelin 3-də respublikanın 18 şəhər və rayonunda imtahanlar keçirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.