BAKI, 3 aprel - Sputnik. Aprelin 17-də Əmmanda Azərbaycan-İordaniya biznes forumu keçiriləcək. Bu barədə Azərtac Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər yayıb.
Məlumatda qeyd olunur ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı gözlənilir.
Tədbirdə iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf yolları müzakirə ediləcək, əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.