RUSİYA

ABŞ bir həftə ərzində Rusiyadan neft tədarükünü 43% artırıb - Rusiya TŞ

Sputnik
BAKI, 3 aprel - Sputnik. Ыon bir həftə ərzində ABŞ Rusiyadan neft tədarükünü 43% artıraraq gündəlik 100 min barrelə çatdırıb. RİA Novosti xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov deyib.
“Birləşmiş Ştatlar avropalıları anti-Rusiya sanksiyaları tətbiq etməyə məcbur edib. Halbuki, onlar özləri nəinki Rusiyadan neft idxal etməyə davam etdilər, həm də son bir həftə ərzində “qara qızıl”ın tədarükünü 43% artıraraq, gündəlik 100 min barrelə çatdırdılar".
Popov həmçinin bildirib ki, Vaşinqton öz şirkətlərinə mineral gübrələri Rusiyadan ixrac etməyə icazə verib, onları zəruri mallar kimi tanıyıb.
Təhlükəsizlik Şurası katibinin müavini hesab edir ki, Avropa ABŞ-dan başqa oxşar “sürprizlər” gözləməlidir:
“Vaşinqton hələlik avropalıların oxşar tədbirlər görməsinə icazə vermir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
"Azeri Light" bahalaşıb - OPEC bazarda sabitliyə nail ola biləcəkmi