BAKI, 1 aprel - Sputnik. Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tarixçi Yevgeni Ponasenkov*, “The Bell” nəşrinin təsisçisi Yelizaveta Osetinskaya* və daha altı nəfəri xarici agent kimi fəaliyyət göstərən KİV-lərin reyestrinə daxil edib. Bu barədə RİA Novosti xəbər yayıb.
Reyestrə əsasən, aprelin 1-də siyahıya tarixçi Yevgeni Ponasenkov*, həmçinin 2017-ci ildə "The Bell"-i yaradan Yelizaveta Osetinskaya* da daxil edilib.
Bundan əlavə, Anna Qolubeva*, Alla Konstantinova*, Mariya Borzunova*, Murad Muradov*, İrina Malkova* və Viktor Vorobyov* xarici agent kimi tanınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.