BAKI, 1 aprel — Sputnik. Rusiya ərzaq və digər məhsulları yalnız dost ölkələrə tədarük edəcək: həm rubl, həm də razılaşdırılmış nisbətdə milli valyutası ilə.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dost olmayan ölkələrdən Rusiyaya idxalı qadağan edilən məhsulların siyahısını genişləndirməyi təklif edərək, Rusiyanın belə ölkələrdən məhsullar satın almayacağını bildirib.
"Biz öz məhsullarımızı və kənd təsərrüfatı məhsullarımızı düşmənlərimizə tədarük etməyəcəyik. Və onlardan heç nə almayacağıq (halbuki, 2014-cü ildən almırıq, lakin idxalı qadağan olunan məhsulların siyahısını daha da genişləndirmək olar)," - o, "Telegram" kanalında yazıb.
O xatırladıb ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı real silah ixracını üstələyir. Keçən il bu, 37 milyard dollardan çox olub.
"Xatırlayıram ki, uşaqlığımda SSRİ Kanadadan taxıl alırdı. Qəribə idi, ən böyük ölkə idi və buğda dollarla idi. Bu gün mənzərə tamamilə fərqlidir: Rusiya Hindistan və Çinlə birlikdə ən böyük taxıl istehsalçısıdır. Və son illərdə ən böyük buğda ixracatçısıdır", - Medvedev "Telegram" kanalında yazıb. - "Elə oldu ki, bir çox ölkələrin ərzaq təhlükəsizliyi tədarükümüzdən asılıdır. Belə çıxır ki, yeməyimiz bizim sakit silahımızdır. Sakit, lakin qorxulu".
"Belə çıxır ki, səhər yeməyini özümüz yeyəcəyik. Nahar dostlar ilə paylaşıla bilər. Düşmənlərimizə şam yeməyi verməyəcəyik. Yaxşı olar ki, biz özümüz yeyək, səhər isə daha aktiv idmanla məşğul olaq", - deyə Medvedev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.