AZƏRBAYCAN XƏBƏRLƏRİ

May ayında Azərbaycanda 13 gün iş olmayacaq

Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may da qeyri-iş günü olacaq.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Mayda bayramlara görə 5 gün iş olmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, mayda bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq.
Belə ki, Ramazan bayramı ilə əlaqədar mayın 2 və 3-ü iş olmayacaq. Qələbə günü ilə əlaqədar olaraq 9 May, Müstəqillik Günü ilə əlaqədar 28 May qeyri-iş gün sayılacaq.
Mayın 28-i şənbə gününə təsadüf etdiyindən 30 may da qeyri-iş günü olacaq. Ümumilikdə isə həftəsonları ilə birgə gələn ay 13 gün iş olmayacaq.
Qeyd edək ki, mart və may ayları Azərbaycanda ən çox bayramların olduğu aylardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.