PAYTAXT XƏBƏRLƏRİ

Küçədən yeni doğulmuş körpə meyiti tapılıb

Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik bilinmir.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb. Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, "8-ci kilometr" bazarı ərazisində qeydə alınıb.
Həmin ərazidə yaşayış binalarının arasından torbada körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir müddət öncə analoji hadisə Ağsu rayonunda baş vermişdi. Döl şəhər ərazisində yerləşən zibil qutusuna atılmışdı. Dölün kim tərəfindən atıldığı məlum deyildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.