BAKI, 1 aprel — Sputnik. Federasiya Şurasının informasiya siyasəti üzrə müvəqqəti komissiyasının sədri Aleksey Puşkov bildirib ki, Facebook* və Instagram* (hər ikisi ekstremist kimi tanınaraq Rusiya Federasiyasında qadağan edilmiş təşkilatlardır) yaxın gələcəkdə Rusiyaya qayıtmaq imkanına malik deyil.
"Facebook" və "Instagram" Rusiya Federasiyasının ümumən sövdələşməyə hazır olduğu şirkətlər siyahısından çıxarıldıqdan sonra bu gün mən yaxın gələcəkdə onların geri qaytarılması ehtimalını görmürəm", - deyə o, jurnalistlərə bildirib.
Xatırladaq ki, Moskvanın Tverskoy Məhkəməsi ötən həftə ekstremist fəaliyyətinə görə Facebook* və Instagram*-ı Rusiyada qadağan edib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist fəaliyyət kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.