RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya və Türkiyə prezidentləri nədən danışıblar

Ərdoğan Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin döyüş bölgəsindən çıxarılmasında Rusiya Müdafiə Nazirliyinin göstərdiyi köməyə görə təşəkkür edib.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Rusiya Federasiyası və Ukrayna nümayəndələri arasında gedən danışıqlar prosesini fundamental qiymətləndirib. Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub... Davam edən danışıqlar prosesinə də fundamental qiymətlər verilib", - deyə Kremlin mətbuat xidmətinin məlumatda bildirilir.
Bundan əlavə, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda danışıqların raundunun keçirilməsində göstərdiyi köməyə görə təşəkkür edib.
"Rusiya prezidenti martın 29-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların növbəti raundunun keçirilməsinə köməklik göstərdiyinə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib", - deyə məlumatda bildirilir.
Kremlin mətbuat xidməti xəbər verir ki, Rusiya prezidentləri Vladimir Putin və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan Donbassın müdafiəsi üçün davam edən xüsusi hərbi əməliyyat kontekstində humanitar məsələləri də müzakirə ediblər.
“Donbasın mühafizəsi üzrə davam edən xüsusi hərbi əməliyyat kontekstində humanitar məsələləri müzakirə edən Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının və ticarət gəmilərinin döyüş bölgəsindən çıxarılmasında Rusiya Müdafiə Nazirliyinin göstərdiyi köməyə görə təşəkkür edib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər həmçinin ikitərəfli əməkdaşlığın inkişafı mövzusuna da toxunublar.
***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etmək istədiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
"Tərəflərin sağlam düşüncə ilə hərəkət etməsinin və dialoqu davam etdirməsinin vacib olduğunu bildirən prezident Ərdoğan Türkiyənin sülh səylərini Rusiya və Ukrayna prezidentləri arasında keçiriləcək görüşlə taclandırmaq istədiyini bildirib", - deyə Türkiyə Prezidentinin ofisindən bildirilib.
O da əlavə edilib ki, Putin Ərdoğanla söhbətində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşünü təşkil etdiyinə görə ona təşəkkür edib.
"Prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya və Ukraynanın danışıqlar aparan nümayəndə heyətlərinin çərşənbə axşamı İstanbulda keçirilən görüşünün nəticələri müzakirə olunub. Ərdoğan görüş zamanı bildirib ki, İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında müsbət və konstruktiv keçən görüş sülhə ümid yaradır”, - deyə məlumatda bildirilir.
***
Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışıqları bir saatdan çoxdur ki, davam edir. Bu barədə "RİA Novosti" TRT Haber-ə istinadən xəbər verir.
Bundan əvvəl Ərdoğan Putinlə danışıqlarının Moskva vaxtı ilə saat 16:00-a planlaşdırıldığını bildirmişdi.
"Bir saatdan artıqdır ki, danışıqlar gedir", - deyə telekanal xəbər yayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Moskva vaxtı ilə saat 16:00-da telefonla danışıqlar aparmağı planlaşdırdığını bildirib.
"Bu gün saat 16:00 radələrində Putinlə telefon danışığı aparmağı planlaşdırıram", – deyə Ərdoğan jurnalistlərə qeyd edib.
Onun sözlərinə görə, Türkiyə Putin və Vladimir Zelenskiyə görüş üçün öz vasitəçiliyini təklif edib. Türkiyə lideri İstanbulu mümkün görüş yeri kimi göstərib.
Daha sonra Türkiyə Prezidenti cümə namazından sonra məscid çıxışında jurnalistlərə açıqlamasında bildirib ki, Vladimir Putinlə bu gün keçirəcəyi telefon danışığında Ukrayna və Rusiya prezidentlərinin görüşünün təşkili ilə bağlı dəqiq tarix məlum olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Hamı Rusiya ilə müharibədədir: Kiyev rejimi "quyruğunu bulamağa" çalışır