HƏRBİ

ANAMA indiyədək nə qədər ərazinin minalardan təmizləndiyini açıqladı

2030-cu ilə qədər milli prioritetlər sırasında Qarabağın yenidən qurulması var və bunun üçün bu torpaqlar minalardan təmizlənməlidir.
Sputnik
BAKI, 1 aprel — Sputnik. Mina qalıqları insanların təhlükəsizliyinə, sağlamlığına və tərəqqisinə təhlükə olaraq qalır, bu qlobal problem qlobal cavab tələb edir.
Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, bunu ANAMA Prezidenti Vüqar Süleymanov deyib.
O bildirib ki, Azərbaycanın Qarabağ bölgəsi qlobal səviyyədə minalarla ən çox çirklənən ərazilər arasındadır:
"Bu regionun minalardan təmizlənməsi hökumətin əsas prioritetlərindən biridir. 2030-cu ilə qədər milli prioritetlər sırasında Qarabağın yenidən qurulması var və bunun üçün bu torpaqlar minalardan təmizlənməlidir".
V.Süleymanov qeyd edib ki, indiyə qədər 23 min hektar təmizlənib, 55 mindən çox mina zərərsizləşdirilib: "Aşkar olunanlardan 10 mini tank əleyhinə, 19 mini piyada əleyhinə mina olub, həmçinin 26 min partlamamış silah-sursat aşkarlanıb”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.