CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubadakı Soyqırım Memorial Kompleksi ziyarət olunub

Qonaqlar foto və kitab sərgisilə, soyqırım muzeyində erməni vəhşiliyini sübut edən soyqırım muzeyilə tanış olublar.
Sputnik
BAKI, 31 mart — Sputnik. Bu gün səhər saatlarında Qubadakı Soyqırım Memorial Kompleksində ziyarətçilərin ziyarəti başlayıb. Ziyarətdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, icra hakimiyyətinin məsul işçiləri, DTX Quba rayon şöbəsi və digər hüüuq-mühafizə orqanlarının rəhbərləri, habelə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verib.
Qubada Soyqırım Memorial Kompleksində
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Quba Soyqırım Memorial Kompleksində 1918-ci ildə Qubada ermənilər tərəfindən vəhşicəsinə öldürülən dinc insanların xatirəsinə salınmış abidəni ziyarət edib, ruhları anılıb.
Sonra qonaqlar foto və kitab sərgisilə, soyqırım muzeyində erməni vəhşiliyini sübut edən soyqırım muzeyilə tanış olublar.
Soyqırım muzeyində Quba icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Mıdəniyyət Nazirliyinin Xidmət rəisi Azad Cəfərliyə təklif verib.
O, yerli şair Ramiz Qusarçaylının məşhur "Azərbaycan Bayrağı"şeirinin Soyqırım muzeyində əbədiləşməsini istəyib:
"Bu şeir dərsliklərimizə salınıb, Zəfər paradında səsləndirilib. Yaxşı olar ki, muzeyə gələnlər də bunu görüb duyğulansınlar".
Sonra Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkil etdiyi Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir baş tutub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Nazir: Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq