BAKI, 31 mart — Sputnik. Bu gün mətbuatda ölkədə şəkər tozunun qıtlığının yaranması barədə məlumatlar yayılıb. Həmin xəbərlərdə şəkər tozu qıtlığı yarandığı əksini tapıb.
Sputnik Azərbaycan məsələ ilə bağlı ölkənin ən böyük şəkər tozu istehsalçısı olan "Azersun Holdinq"lə əlaqə saxlayıb. Şirkətdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, müxtəlif KİV tərəfindən yayımlanmış şəkər tozu qıtlığınn yaranması barədə məlumatlar doğru deyil:
"Regionun ən böyük şəkər istehsal müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir. Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.