BAKI, 31 mart — Sputnik. Polşa Ukraynanın hesabına Avropada rolunun əhəmiyyətli dərəcədə artacağına ümid edir və öz dəstəyini bəyan edir, ancaq ölkə hakimiyyəti çətin vəziyyətdədir, qaçqınlar ABŞ-ın vəsaiti hesabına təchiz olunub, onlar öz vəsaitlərini yatırmaq istəmirlər. RİA Novosti xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Sputnik Polska" üçün məqaləsində qeyd edib.
"Polşa Avropa təsərrüfatında rolunun əhəmiyyətli dərəcədə artacağına ümid edir. Əlbəttə ki, Ukraynanın hesabına. O slavyanlara sədaqətdə, silah və pulla kömək edəcəyinə and içir. Ancaq and içməklə inandırmaq başqa, etmək isə başqadır. İndi Polşa hakimiyyəti çətin vəziyyətdədir", - deyə sədr müavini bildirib.
Medvedev qeyd edib ki, Ukraynadan insanların gəlişini "polyaklar sevinclə qarşılamırlar və onlarla "son köynəyi", yeməyi, maddi yardımları və iş yerlərini bölüşməyə qətiyyən hazır deyillər".
"Qaçqınların üçdə ikisi, Polşada isə onların sayı artıq iki milyona yaxınlaşır, ABŞ-ın vəsaiti hesabına qəbul edilib və məskunlaşdırılıb. O ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində uzun sürən böhranı nəzərə alaraq, öz vəsaitini belə bir xeyriyyəçiliyə yatırmaq istəmir", - deyə Medvedev qeyd edib.
O, ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində uzun sürən böhranı nəzərə alaraq, öz vəsaitini belə bir xeyriyyəçiliyə yatırmaq istəmir".
Dmitri Medvedev bildirib ki, Rusiyada heç bir anti-Polşa əhval-ruhiyyəsi yoxdur və iki ölkə arasında dialoq Polşada hakimiyyət elitasının növbəti dəyişməsindən sonra çətin vəziyyətdə qaldı.
"Rusiyada heç vaxt anti-Polşa əhval-ruhiyyəsi olmayıb və yoxdur. Sosioloji sorğuların məlumatları təsdiq edir ki, ölkəmizin vətəndaşları bugünkü polyaklara və Polşaya düşmənçilik etmədən, əksinə, bizə yaxın slavyanlara qarşı səmimi rəğbətlə yanaşırlar", - deyə sədr müavini vurğulayıb.
Medvedev qeyd edib ki, 2010-cu il aprelin 10-da Smolensk yaxınlığında prezident Lex Kaçinskinin rəhbərlik etdiyi yüksək rütbəli Polşa nümayəndə heyətinin üzvlərinin həyatına son qoyan təyyarə qəzası ruslar arasında rəğbət və mərhəmət hissi doğurub. O, əlavə edib ki, o zaman iki ölkənin "normal dialoq qurmaq, əlaqələri bərpa etmək, razılığa və qarşılıqlı anlaşma gəlmək " şansı var idi.
"Təəssüf ki, bu, Polşa müxalifətinin planlarına, eləcə də ABŞ və Avropanın yüksək səviyyəli liderlərinin arxasında dayandığı təsir qruplarının planlarına da daxil edilməyib. Dialoq - bizim heç bir günahımız olmadan - bu ölkədə hakimiyyət elitalarının növbəti dəyişikliyindən sonra nəhayət çətin vəziyyətdə qaldı", - deyə Medvedev bildirib.
2010-cu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinskinin Tu-154 təyyarəsi Smolensk-Severnı hava limanına enərkən qəzaya uğrayıb. Təyyarədə 96 nəfər olub: 88 sərnişin və səkkiz ekipaj üzvü Katındakı yas mərasimlərinə uçurdu. Onların hamısı öldü. Təyyarə qəzasının təkrar təhqiqatı üzrə Polşa Komissiyası baş verənlərlə bağlı müxtəlif versiyalar irəli sürür, bunlardan biri də Rusiya aviadispetçerlərinin düşünülmüş hərəkətləridir.
2011-ci ildə Dövlətlərarası Aviasiya Komitəsi texniki araşdırmanın nəticələrinə dair yekun hesabat dərc etdi, ona görə ekipajın alternativ aerodroma getməmək qərarı qəzanın birbaşa sistemli səbəbləri kimi - uçuşa dəstək və ekipaj hazırlığında çatışmazlıqlar tanınıb.
Keçmiş daxili işlər naziri Yerji Millerin başçılıq etdiyi Polşanın birinci komissiyası da oxşar nəticələrə gəlib və faciənin səbəbini sıx dumana baxmayaraq yerə enən prezident təyyarəsinin icazə verilən minimumdan aşağı düşməsi olduğunu bildirib. Hazırkı Polşa hakimiyyət orqanları DAK-ın hesabatı və Miller Komissiyasının nəticələri ilə razılaşmayaraq, bir neçə ildir ki, öz işini başa çatdıra və rəsmi hesabat təqdim edə bilməyən ikinci komissiya yaratmaq qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Polşanın təkrar təhqiqatını siyasi qərəz adlandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.