İQTİSADİYYAT

Azərbaycanda rubl kəskin bahalaşdı

Dünən ilə müqayisədə bu gün rubl 1 manat 70 qəpik bahalaşıb. Daha ətraflı Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 31 mart — Sputnik. Martın 31-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 9,09 faiz artaraq 0,0204 manat (1 manat=49,01 rubl) təşkil edib. Başqa sözlə, bu günə 1000 rubl 20 manat 40 qəpik olub.
Sputnik Azərbaycan xəbər verir ki, dünən ilə müqayisədə bu gün rubl 1 manat 70 qəpik bahalaşıb.
Martın 30-da Rusiya rublunun məzənnəsi 5,6 faiz artaraq 0,0187 manat təşkil edib (1 manat=53,47 rubl). Başqa sözlə, dünən 1000 rubl 18 manat 70 qəpik olub.
Qeyd edək ki, martın 9-da Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 5,1 faiz azalaraq 0,0131 manat (1 manat=76,33 rubl) təşkil etmişdi. 1000 rubl 13,10 manat olmuşdu. Bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Xatırladaq ki, son vaxtlar tədricən ucuzlaşan rubl fevralın 28-də manat qarşısında kəskin dəyər itirmişdi. Həmin gün 1000 rubl 15,7 manat olub. Fevralın 25-də isə 1000 rubl 22 manat idi. Başqa sözlə, bir gün ərzində rubl manat qarşısında 21 faiz dəyər itirmişdi.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Hesablaşmaların rubla keçirilməsi Avropa üçün şok olub və orada çaşqınlıq yaradıb