RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı son humanitar vəziyyəti açıqladı

Ukraynanın aerodrom infrastrukturu, iri hərbi anbarlar, Hava hücumundan müdafiə sistemi, muzdluların hazırlıq mərkəzləri məhv edilib.
Sputnik
BAKI, 30 mart - Sputnik. Kiyevin iştirakı olmadan Rusiya təhlükəli ərazilərdən 20 min adam təxliyyə edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Ukraynadakı humanitar vəziyyət barədə yaydığı son məlumatda deyilir.
Qeyd olunub ki, Rusiya martın əvvəlindən Ukraynaya 6,5 min ton humanitar yardım çatdırıb. Millətçilər 4,5 milyon insanı girov kimi saxlayıb.

Rusiya Mariupoldan Zaporojye istiqamətində təxliyə olunan əhalini daşıyan avtobus karvanının təhlükəsiz hərəkətinə Kiyevdən zəmanət istəyib.

"Rusiya Silahlı Qüvvələri 31 mart saat 10:00-dan "sükut rejimi" və Mariupoldan Zaporojye istiqamətində humanitar dəhlizin açılacağını bəyan edir" , - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Kiyevi humanitar öhdəliklərin riayətinə vadar edilmək məqsədilə Moskva BMT, ATƏT və Qırmızı xaça müraciət edib.

"Ən acınacaqlı vəziyyət Xarkovda müşahidə edilir, əhali şəhərdə qapadılıb", - RF MN bildirib.

Qeyd edək ki, Rusiya 30 martda Ukraynada 5 istiqamətdə humanitar dəhlizləri açıq elan edib.
***
Rusiyanın Müdafiə Nazirliyi Ukraynadakı son durum haqqında məlumat yayıb.
Bildirilir ki, ️Kiyev və Çerniqov istiqamətlərində qoşunların plan üzrə yerdəyişməsi aparılır.
️Rusiya Silahlı Qüvvələri daha 8 km irəliləyib.
Ukrayna Silahlı Qüvvələrinin üç tank, 5 piyada döyüş maşını və 8 nəqliyyat vasitəsi məhv edilib.
️Əsas kommunikasiya xətləri və təchizat yolları nəzarətə götürülüb, Ukraynanın aerodrom infrastrukturu, iri hərbi anbarlar, Hava hücumundan müdafiə sistemi, muzdluların hazırlıq mərkəzləri məhv edilib.
Bu arada Kiyevin Donbas əhalisinə və Rusiyaya qarşı bioloji silahdan istifadə məsələsini nəzərdən keçirdiyi məlum olub.
"️Ukraynada bioloji silah elementlərinin yaradılmasında iştirak edən şəxslər müəyyən edilib. Bunlar Pentaqon və onun podryadçı şirkətlərinin əməkdaşları idi", - deyə RF MN-in məlumatında bildirilir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.