DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya-Ukrayna danışıqlarının nəticələrinə görə neftin ucuzlaşması sürətlənib

"Brent" markalı neftin iyun füçerslərinin qiyməti 6,46% ucuzlaşaraq bir barel üçün 102,42 dollar olub.
Sputnik
BAKI, 30 mart — Sputnik. Ticarət məlumatlarına görə, dünya bazarında neftin qiyməti Rusiya və Ukrayna arasında aparılan danışıqların yekunlarına dair xəbərlərdən sonra enişini sürətləndirib.
Moskva vaxtı ilə saat 15:38-də "Brent" markalı neftin iyun füçerslərinin qiyməti 6,46% ucuzlaşaraq bir barel üçün 102,42 dollara, "WTI" markalı neftin may füçersləri 6,8% azalaraq 98,8 dollara düşüb.
Avropanın ən böyük mərkəzi "TTF" indeksinə əsasən qazın aprel füçerslərinin dəyəri eyni zamanda 10%-dən 5%-ə qədər azalaraq min kubmetr üçün 1223,3 dollara çatıb, bundan əvvəl isə 1270-1280 dollar səviyyəsində idi.
Rusiya prezidentinin köməkçisi və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbuldakı danışıqların nəticələrinə görə görüşün konstruktiv keçdiyini bildirib: Rusiya Ukraynanın təkliflərini nəzərdən keçirib prezident Vladimir Putinə məruzə edəcək və Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü isə iki ölkənin xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması ilə eyni vaxtda mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Günün sonu - neftin ucuzlaşması sürətləndi, qaz bahalaşması ləngidi