BAKI, 30 mart — Sputnik. "Novruz bayramı günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gündəlik müraciət sayı 1800-ə çatıb".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı stansiyanın direktor müavini Nuridə Fərzəliyeva məlumat evrib.
O bildirilib ki, bayramdan öncə təcili yardıma gündəlik 1400-1600 müraciət daxil olurdu:
"Bayram günlərində təcili yardıma müraciət edənlərin sayı 1700-1800 civarında dəyişirdi. Ümumilikdə tonqal ətrafında xəsarət alanlar barədə müraciətlər olmadı. Lakin axır çərşənbə günü, yəni martın 15-i yanıq xəsarəti alan 3 nəfər təcili yardıma müraciət etmişdi. Bunlar azyaşlı uşaqlar idi. Lakin ciddi xəsarət olmadığına görə, onlara ilkin tibbi yardım göstərilib, yola salındı".
Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.