RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Medvedev: "Rusiyanın üzləşməli olduğu real çətinliklər var"

Medvedev bildirib ki, Qərb hələ də Rusiyanı dünya dəyər halqasından və beynəlxalq əmək bölgüsündən təcrid etməyə çalışır.
Sputnik
BAKI, 30 mart — Sputnik. Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev regional valyutalar dövrünün başladığını bildirib. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Onun sözlərinə görə, ehtiyat valyutalara inam azalır: "Dollar və avrodan imtina fantastik perspektiv kimi görünmür".
Medvedev bildirib ki, Qərb hələ də Rusiyanı dünya dəyər halqasından və beynəlxalq əmək bölgüsündən təcrid etməyə çalışır, lakin ölkəni qlobal miqyasda məhdudlaşdırmaq mümkün deyil: "Əlbəttə, Rusiyanın üzləşməli olduğu real çətinliklər var. Bizi hələ də qlobal dəyər zəncirlərindən, beynəlxalq əmək bölgüsündən təcrid etməyə, artan işsizliyə və iqtisadi xaosa salmağa çalışırlar. Buna baxmayaraq, Rusiyanı qlobal miqyasda məhdudlaşdırmaq olmaz".
"Biz Qərbin tam proqnozlaşdırıla bilən hücumlarına hazır idik. Bu, Avropada və okeanın o tərəfindəki olan "dostlarımız" üçün qanqaraldıcı bir şeydir",- deyə Medvedev teleqram kanalında yazıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ və Avropa İttifaqına malların tədarükü üçün artıq ödənişin dollar və ya avro ilə alınmasının mənasız olduğunu bəyan edərək "Biz qeyri-dost ölkələrə təbii qaz satışı ödənişləri üçün Rusiya rubluna keçməyi planlaşdırırıq" deyib.
Paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi iclasda sanksiyalardan təsirlənən Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edən V.Putin bildirib: "Qərb ölkələri Rusiya maliyyə aktivlərini donduraraq qeyri-qanuni addımlar atdı. Faktiki olaraq Qərb öz valyutasına inamı zədələyib. İndi hamı bilir ki, dollar və avro üzrə öhdəliklər yerinə yetirilməyə bilər. Artıq Rusiya öz mallarını ABŞ və Aİ-yə satarkən dollar, avro və ya digər valyutalarla ödənişlər qəbul etməyin mənası yoxdur. Biz qeyri-dost ölkələrə təbii qaz satışına görə ödənişlərdə rus rubluna keçməyi planlaşdırırıq.
Sözügedən dəyişiklik yalnız ödənişlərin valyutasında dəyişiklik yarada bilər.
Rusiya daha əvvəl imzalanmış müqavilələrdə müəyyən edilmiş qiymət və həcm prinsiplərinə uyğun olaraq təbii qaz tədarükünü davam etdirəcək. Bəzi həmkarlarımızdan fərqli olaraq, etibarlı tərəfdaş və təchizatçı kimi işgüzar nüfuzumuzu yüksək qiymətləndiririk."
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.