BAKI, 30 mart — Sputnik. Dünən Ukrayna ilk dəfə olaraq Rusiya Federasiyası ilə mehriban qonşuluq münasibətlərinin qurulması üçün bir sıra vacib şərtləri yerinə yetirməyə hazır olduğunu qeyd edib.
Bu sözləri Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski deyib.
Ötən gün İstanbulda aparılan danışıqların nəticələri barədə məlumat verən Medinskinin sözlərinə görə, Ukrayna mahiyyət etibarilə Rusiyanın NATO-ya üzv olmamaq və hərbi bazaları yerləşdirməkdən imtina tələbləri ilə razılaşıb.
Həmçinin Ukrayna tərəfi nüvə silahından imtina edəcəyini də bildirib.
Lakin Rusiyanın Krım və Donbassla bağlı prinsipial mövqeyi dəyişməz olaraq qalır.
"Danışıqların nəticəsi olaraq Ukrayna öz təkliflərində hərbi təlimləri yalnız qarant dövlətlərin, o cümlədən Rusiyanın razılığı ilə keçirməyi öz öhdəsinə götürür", - Medinski bildirib.
O əlavə edib ki, Rusiya Federasiyası xüsusi əməliyyat keçirməyə məcbur olub. Belə ki, Kiyevin Donbassda hücuma hazırlaşdığına dair təkzibolunmaz sübutlar mövcuddur.
İstanbul danışıqlarından sonra
Xatırladaq ki, Medinski ötən gün Rusiyanın Kiyevi böyük hərbi riskə məruz qoymaq istəmədiyini açıqlayıb.
"Biz bu şəhəri (Kiyev) əlavə (hərbi) riskə məruz qoymaq istəmirik", - Medinski RT kanalının efirində İstanbulda Rusiya-Ukrayna danışıqlarının yekunlarından danışarkən deyib.
Bundan əvvəl İstanbulda Rusiya-Ukrayna danışıqlarının yekunlarına əsasən, o, Moskvanın münaqişənin həlli üçün iki addım atdığını bildirib.
"Bu addımlardan biri Kiyev və Çerniqov istiqamətlərində gərginliyin tədricən azaldılmasıdır", - deyə prezidentin nümayəndəsi izah edib.
Lakin Medinski vurğulayıb ki, bu, atəşkəs demək deyil:
“Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatda deyilirdi ki, Baş Qərargah yaxın vaxtlarda konkret təfərrüatları açıqlayacaq ki, bu da münaqişənin iki istiqamətdə ləngiməsi və ya eskalasiyası deməkdir”, - o əlavə edib.
Medinski həmçinin qeyd edib ki, tərəflər kompromis yoluna necə getməli olduqlarını başa düşürlər:
“Ukraynanın bizə təqdim etdiyi təklifləri nəzərdən keçirməyə hazırıq. Biz öz əks təklifimizi verəcəyik, təbii ki, Ukrayna tərəfində əvvəldən bunlar var idi, lakin indi kompromis yoluna necə getməyi başa düşürük”, - Medinski jurnalistlərə bildirib.
Qeyd edək ki, bu gün Türkiyə prezidentinin İstanbuldakı Dolmabaxça iqamətgahında Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutub.
Medinskinin sözlərinə görə, Kiyev hərbi ittifaqlara girməkdən və xarici bazaların yerləşdirilməsindən imtina etməyə, Krımı və Donbası hərbi yolla qaytarmağa söz verir və Moskva da öz növbəsində Ukraynanın Aİ-yə daxil olmaq istəyinə etiraz etməyəcək.
Rusiya nümayəndə heyətinin rəhbəri əlavə edib ki, tərəflər razılaşmanı hazırlayanda Vladimir Putin və Vladimir Zelenski arasında görüş müzakirə oluna bilər.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.