BAKI, 30 mart — Sputnik. Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim edən partiyaların sayı 31-ə çatıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Azərbaycanda dövlət qeydiyyatında olan 58 partiyadan 31-i 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.
Başqa sözlə, dövlət qeydiyyatında olan partiyaların 53,4%-i 2021-ci il üzrə maliyyə hesabatlarını təqdim edib.
Həmin partiyalar aşağıdakılardır:
Yeni Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Müsavat Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası (MCP)
"Milli Vəhdət" Partiyası
Böyük Azərbaycan Partiyası
"Qorqud" Partiyası
Böyük Quruluş Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Müasir Müsavat Partiyası
Azərbaycan Xalq Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Müstəqil Xalq Partiyası (MXP)
"Ana Vətən" Partiyası (AVP)
Demokratik İslahatlar Partiyası
Azərbaycan Tərəqqi Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
"Ədalət" Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
Azərbaycan Respublikaçılar Partiyası
Milli Həmrəylik Partiyası (MHP)
Aydınlar Partiyası
Cümhuriyyət Xalq Partiyası (CXP)
Azərbaycan Kommunist Partiyası
Azərbaycan Təkamül Partiyası
"Birlik" Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası.
Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.