BAKI, 30 mart - Sputnik. Bu gün Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat verib.
Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək əsas məqsəd olub.
“Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb", - xəbərdə deyilir.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.
Cənab Hacıyev və Qriqoryan arasında ayrıca ikitərəfli söhbətin də daxil olduğu substantiv müzakirələr zamanı iştirakçılar 2021-ci il dekabrın 14-də Brüsseldə liderlərin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Ermənistan və Azərbaycan arasında siyasi və təhlükəsizlik vəziyyəti və bütün məsələlərin spektrini nəzərdən keçiriblər", məlumatda qeyd olunub.
Rəsmilər növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
Rəsmilər növbəti həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.
“Ermənistan və Azərbaycan, həmçinin, tərəflər arasında sülh sazişinin perspektivləri ilə bağlı məsələləri də müzakirə edəcəklər. Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülh və sabitlik istiqamətində fəaliyyətini davam etdirməyə sadiqdir”,- deyə məlumatda bildirilir.(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.