RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Türkiyə XİN-in mənbəsi: Rusiya və Ukrayna arasında çərşənbə günü danışıqlar gözlənilmir

Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qüvvələri hücumu inkişaf etdirir. Eyni zamanda, Rusiya prezidenti vurğulayıb ki, Ukraynanın işğalından söhbət getmir.
Sputnik
BAKI, 29 mart — Sputnik. Rusiya və Ukrayna arasında çərşənbə günü İstanbulda danışıqların davam etdirilməsi gözlənilmir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Çərşənbə axşamı İstanbulun Dolmabağça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç saata yaxın davam edən danışıqlar baş tutub.
"Danışıqların çərşənbə günü davam etdirilməsi gözlənilmir", - deyə agentliyin həmsöhbəti bildirib.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin martın 25-nə olan məlumatına görə, Silahlı Qüvvələr əməliyyatın birinci mərhələsinin əsas tapşırıqlarını yerinə yetiriblər – onlar Ukraynanın döyüş potensialını əhəmiyyətli dərəcədə azaldıblar. Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qüvvələri hücumu inkişaf etdirir. Eyni zamanda, Rusiya prezidenti vurğulayıb ki, Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Moskva Kiyevi böyük hərbi riskə məruz qoymaq istəmir - Medinski