CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan ayının başlanması ilə əlaqədar fətva verildi

Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır.
Sputnik
BAKI, 29 mart — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayı ilə bağlı fətva verib.
Bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi səbəbindən Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.
Qeyd edək ki, Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən, mayın 2-3-ü Ramazan bayramıdır.
Ramazan bayramı şəvval ayının 1-ci günü, Ramazan ayının sonunda, orucun başa çatması münasibətilə qeyd edilir.
CƏMİYYƏT
Ayların sultanı Ramazan barədə nə bilirik
Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
İslamda ilin ayları arasında Ramazan ən şəfaqətli və ən müqəddəs ay hesab edilir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.