BAKI, 29 mart - Sputnik. Polşa quru qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak bildirib ki, Polşa Kalininqrada qoşulmaq məsələsini qaldırmalıdır.
O, iddia edir ki, Kalininqrad vilayəti guya “1945-ci ildən Rusiyanın işğalı altındadır” və ölkəsinin iddia edə biləcəyi Polşa ərazisinin bir hissəsidir.
Yeri gəlmişkən, Skşiçak qeyd edib ki, göstərilən ərazi “hərbi əhəmiyyət daşımır”.
Polyaklar niyə belə bəyanatlar verirlər və onların Kalininqrad vilayətini tutmağa gücü varmı? Qərb niyə Ukraynada kimyəvi təxribat hazırlayır? Qərb mediasının Ukraynanın hərbi cinayətlərini görməməsinin səbəbi nədir?
“Komsomolskaya Pravda”nın hərbi icmalçısı, ehtiyatda olan polkovnik Viktor Baranets "Sputnik на русском"a müsahibəsində bütün bunlardan danışıb.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.