CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Palçıq vulkanlarının aktivliyi əvvəldən qeydə alınacaq - 10 seysmik stansiya quraşdırılıb

Palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsilə öyrəniləcək.
Sputnik
BAKI, 29 mart — Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) hazırda 30-a yaxın xarici ölkənin seysmoloji mərkəzləri ilə əməkdaşlığı var.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
O bildirib ki, mərkəz beynəlxalq əməkdaşlıq məsələlərinə hər zaman xüsusi önəm verir:
"Bu əməkdaşlıqlar həm ikitərəfli, həm də beynəlxalq layihələr çərçivəsində aparılır. Ötən il mərkəz tərəfindən elmi əməkdaşlıq sahəsində bir sıra önəmli sənədlər imzalanıb".
Onun sözlərinə görə, Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və Böyük Britaniyanın Oksford Universiteti ilə əldə olunan razılaşmalar gələcəkdə birgə tədqiqatların aparılması üçün böyük əhəmiyyət kəsb edir.
RSXM-nin baş direktoru dünyada ilk olaraq, Azərbaycanda palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırıldığını və palçıq vulkanlarının dinamikasının bu stansiyalar vasitəsilə öyrəniləcəyini də qeyd edib:
"Palçıq vulkanları ətrafında quraşdırılması nəzərdə tutulan 12 seysmik stansiyalardan 10 stansiya artıq quraşdırılıb. Qalan 2 stansiyanın quraşdırılması işləri yaxın vaxtlarda başa çatdırılacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Abşeronda vulkanın ətəyində yaşayanlar təlaş içində - Reportaj