HƏRBİ

Müdafiə Nazirliyi Şəmkirdəki güclü partlayış səsləri ilə bağlı açıqlama yayıb

MN: "Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq".
Sputnik
BAKI, 29 mart — Sputnik. Müdafiə Nazirliyi Şəmkir rayonunda güclü partlayış səsləri ilə bağlı açıqlama yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırırıq.
Qeyd edək ki, partlayış səsləri Seyfəli poliqonunda eşidilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.