BAKI, 29 mart - Sputnik. Çərşənbə axşamı Rusiya qaçqınların təxliyəsi üçün dəhlizlər təqdim edib, Kiyev isə hələ də öz vətəndaşlarının Rusiya Federasiyası ərazisinə keçidi üçün marşrutları razılaşdırmaqdan imtina edir. RİA Novosti xəbər verir ki, Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev bildirib.
Söhbət Kiyev, Çerniqov, Sumı, Xarkov və Mariupol istiqamətlərindən gedir. Güman edilirdi ki, mülki şəxslərin və xarici ölkələrin vətəndaşlarının təxliyyəsi martın 29-da Moskva vaxtı ilə saat 10:00-da bərpa olunmalı idi.
“Bu marşrutlar üzrə çıxış həm Rusiyaya, həm də rəsmi Kiyevin nəzarətində olan ərazilər vasitəsilə Ukraynanın qərb sərhədlərinə doğru həyata keçirilir. Rusiya tərəfinin təklif etdiyi humanitar dəhlizlərdən Ukrayna hakimiyyəti yalnız ikisi üzrə razılığa gəlib, amma yenə də Rusiyaya bir dənə də olsun marşrut yoxdur”, - deyə Mizintsev brifinqdə bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.