RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Vaşinqtonun dağıdıcı siyasətinin ən iyrənc və faciəvi nümunəsi Ukrayna idi - Patruşev

Patruşev bildirib ki, rus qoşunları şəhərləri və mülki obyektləri bombalamır, yalnız Ukraynanın hərbi infrastrukturunu məhv edir.
Sputnik
BAKI, 28 mart — Sputnik. Qərbdə təqdim edilməyə çalışıldığı kimi Rusiya Ukrayna hakimiyyətinin devrilməsini xüsusi hərbi əməliyyatın qarşısına məqsəd qoymayıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvada Əlcəzairli həmkarı Nurəddin Makri ilə danışıqlarda deyib.
"Davam edən xüsusi hərbi əməliyyat yalnız Kiyevin bu "respublikalar"a ("DXR" və "LPR" - red.) qarşı cinayətkar addımlarına cavab idi, vaxtında və qabaqlayıcı tədbir idi. Kiyevin genişmiqyaslı hücum hazırladığını və onları məhv etmək niyyətində olduğunu sübut edən sənədlər tapıldı. Beləliklə, Ukraynadakı xüsusi əməliyyatımızın məqsədi Qərbdə təqdim edilməyə çalışıldığı kimi Kiyev rejimini dəyişmək deyil, insanları soyqırımdan qorumaq, Ukraynanın demilitarizasiyası və denazifikasiyası məqsədini daşıyır" - deyə Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Patruşev bildirib ki, rus qoşunları şəhərləri və mülki obyektləri bombalamır, yalnız Ukraynanın hərbi infrastrukturunu məhv edir: "Xüsusi əməliyyat çərçivəsində yüksək dəqiqlikli silahlarla Ukrayna ordusunun əsas dayaq məntəqələrinə, aerodromlara, silahların saxlandığı və hərbi texnikanın toplandığı yerlərə zərbələr endirilir".
"Ukraynadakı vəziyyət ABŞ-ın düşünülməmiş və qanlı siyasətinin faciəvi nəticələrindən sadəcə birinə çevrilib, onlar bəşəriyyəti qlobal fəlakətə sürükləyirlər. Amerikalılar uzun illər kinci Dünya Müharibəsinin bitməsindən sonra yaranmış dünya nizamı, eləcə də BMT sistemi vasitəsilə öz geosiyasi və maliyyə maraqları naminə müstəqil dövlətləri məqsədyönlü şəkildə sıxışdırıblar, dövlətləri sarsıtmağa çalışıblar", - deyə Patruşev qeyd edib.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, yeni güc mərkəzlərinin yaranması və dünya inkişafı ABŞ-dan narazılığın artmasına səbəb olub, onlar hər vasitə ilə öz hegemonluğunu qorumağa çalışırdılar.
Patruşev qeyd edib ki, bu məqsədə çatmaq üçün amerikalılar həmişə planetin digər regionlarında da müharibələr yaradıblar:"Yaxın keçmişdə bunun Yuqoslaviya, İraq, Əfqanıstan, Liviya, Suriyada edildiyini bilirik. Nəticədə yüz minlərlə insan həyatını itirdi, milyonlarla insan isə məcburi köçkün vəziyyətinə düşdü".
"İndi Amerikanın xarici borcu 30 trilyon dolları ötdükdən sonra Amerika bəşəriyyəti qlobal fəlakətə doğru itələməyə başlayıb", - Patruşev bildirib.
Patruşev deyib ki, Rusiya hazırda Ukraynada ABŞ-ın hərbi bioloji fəaliyyətinə dair sübutların toplanması prosesini tamamlayır: "Hazırda biz sübutlar bazasının toplanması prosesini başa çatdırırıq. Onun tamamlanacağına şübhə etmirəm. Nəhayət bütün sivil dünya görəcək ki, Amerikaya insanlar üzərində qeyri-insani təcrübələrin tətbiq olunduğu Üçüncü Reyxin ənənələrinin layiqli davamçısına çevrilib".
Onun sözlərinə görə, ABŞ 30 ildir ki, Ukraynanı Rusiya əleyhinə proqramlaşdırır: "Amerikalıların məqsədi, İkinci Dünya Müharibəsində olduğu kimi, göz qabağındadır - Avropanı zəiflətmək və onun Rusiya ilə münasibətlərinə maksimum zərər vurmaq, gələcək iqtisadi inkişaf üçün qarşısıalınmaz üstünlüklər yaratmaq. Vaşinqtonun dağıdıcı siyasətinin ən iyrənc və faciəvi nümunəsi Ukrayna idi", - Patruşev bildirib.
Onun sözlərinə görə, bu fəaliyyət nəticəsində bütün dünya 2014-cü ildə bu ölkədə qanlı dövlət çevrilişinin və bunun nəticəsində Donbass sakinlərinin, o cümlədən 800 minə yaxın Rusiya vətəndaşının soyqırımına şahid olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.