BAKI, 28 mart — Sputnik. Rusiya əməliyyat-taktiki aviasiya və raket qüvvələri bir sutka ərzində Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazini məhv edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Ukraynanın 36 hərbi obyekti vurulub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, bir reaktiv yaylım atəşi sistemi, üç silah-sursat anbarı və iki yanacaq-sürtkü anbarı, həmçinin Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 ərazi var", - deyə general qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.