İQTİSADİYYAT

Tütün spesifik idxal rüsumundan azad edildi

Qeyd edək ki, indiyə qədər istehsal məqsədli 1 kq tütün xammalına 1 ABŞ dolları idxal rüsumu tətbiq olunub.
Sputnik
BAKI, 28 mart - Sputnik. Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərar daxili bazarda yerli istehsalda istifadə olunan tütünün mümkün çatışmazlığının, habelə qiymət artımının qarşısının alınması və yerli tütün emalı sənayesinin aralıq məhsullarla təminatının mövcud səviyyəsinin qorunub saxlanılması məqsədilə hazırlanıb.
Qərara əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 2403 19 100 1 və 2403 19 900 1 alt yarımmövqeləri üzrə təsnifləşdirilən istehsal məqsədli çəkməli tütün 31 dekabr 2023-cü il tarixinədək spesifik idxal rüsumlarının tətbiqindən azad edilib.
Qeyd edək ki, indiyə qədər istehsal məqsədli 1 kq tütün xammalına 1 ABŞ dolları idxal rüsumu tətbiq olunub.
Beləliklə, qərarın qəbul edilməsi ilə yerli tütün emalı sənayesinin istehsal məqsədli çəkməli tütünə olan tələbatının ödənilməsi səviyyəsinin qorunub saxlanılması, sözügedən məhsulların təminatında mümkün çətinliklərin və qiymət artımının qarşısının alınması proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Hökumətdən pay torpaqlarının özəlləşdirilməsi xərcləri ilə bağlı qərar