SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Peskov Qarabağdakı vəziyyətdən danışdı

Dmitri Peskov bildirib ki, indi əsas odur ki, bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etsinlər.
Sputnik
BAKI, 28 mart — Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağdakı vəziyyətlə bağlı danışıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Peskov bildirib ki, əsas məsələ bütün tərəflərin atəşkəs rejiminin icrasını təmin etməsidir: "Bizim hərbçilərimiz Azərbaycan tərəfi ilə, Ermənistan tərəfi ilə təmasdadırlar. Təbii ki, indi əsas odur ki, bütün tərəflər müvafiq razılaşmaların şərtlərinə əməl etməyə davam etsinlər".
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab olaraq bəyanat yaymışdı.
Bəyanatda deyilir:
"Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən 24 mart tarixində, guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamları əks etdirən bəyanatı bu ölkənin növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir.
Azərbaycan Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı isteriyaya əsas yoxdur. Ermənistan tərəfi isə məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur.
Bölgədə bir neçə gün ərzində ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərə gəldikdə isə, Ermənistanın vəziyyətdən siyasi manipulyasiya aləti kimi istifadə etmək niyyəti göz qarşısındadır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
QARABAĞ
Rəsmi Bakı Moskva və Yerevandan konstruktivlik gözləyirdi - Ekspert