RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Peskov: "Moskva Baydenin Vladimir Putin haqqında açıqlamalarından narahatdır"

Prezidentin mətbuat katibi qeyd edib ki, Kiyev və Moskva heyətlərinin İstanbulda bu gün görüşəcəyi inandırıcı deyil, bu sabah baş verə bilər.
Sputnik
BAKI, 28 mart — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmiri Peskov Ukraynadakı vəziyyət və Rusiyaya qarşı sanksiyalar barədə danışıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Rusiya və Ukrayna danışıqlarında əsirlərin dəyişdirilməsi müzakirə olunmur.
O qeyd edib ki, Kiyev və Moskva heyətlərinin İstanbulda bu gün görüşəcəyi inandırıcı deyil, bu, sabah baş verə bilər: "Heyətlərin İstanbul görüşündən sonra Putin-Zelenski görüşü olmayacaq. Moskva Baydenin Vladimir Putin haqqında açıqlamalarından narahatdır və onları diqqətlə izləməkdə davam edəcək".
Onun sözlərinə görə, Ukrayna hadisələri səbəbindən Rusiyanı tərk edənlərə qarşı hər hansı bir qanun qəbul olunmayacaq, bu, cəfəngiyatdır: "Rusiya neftindən imtina bildirişləri şərq istiqamətindən sorğularla əvəzlənəcək. Avropa qaza görə rublla ödəmədən imtina etsə, Rusiya havayı qaz tədarük edən deyil".
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LPR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Peskov Qarabağdakı vəziyyətdən danışdı