BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, dünyada 82,4 milyon qaçqın var ki, onların da 35 milyonu uşaqlardır. Bundan əlavə, dünyada bir milyon uşaq qaçqın olaraq doğulur. 142,9 min qaçqın öz vətənlərinə qayıdıb və ya köçürülüb.
Uzun sürən münaqişələr və ya əlverişsiz iqtisadi vəziyyət səbəbindən vətəndaşların kütləvi şəkildə tərk etdiyi ölkələr arasında Suriya liderdir. Bu ölkəni 6,8 milyon tərk edib. Daha sonra 4,1 milyon nəfərlə Venesuela, 2,6 milyon nəfərlə Əfqanıstan, 2,2 milyon nəfərlə Sudan və Cənubi Sudan gəlir.
İdarənin məlumatına görə, 2022-ci ilin mart ayının əvvəlində bir milyon insan Ukraynanı tərk edib. Eyni zamanda, 5 milyon Ukrayna vətəndaşının ölkəni tərk edəcəyi proqnozlaşdırılır. Bu həftənin əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının Avropa bölməsi üç milyona yaxın insanın Ukraynanı tərk etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.