BAKI, 28 mart — Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, martın 28-i saat 10:00-a olan məlumata əsasən qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
Qərb küləyi arabir Şəkidə 25 m/s, İsmayıllı, Qobustanda 24 m/s, Göyçay, Naftalan, Daşkəsəndə 20 m/s, Ağsu, Şabran, Gədəbəydə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtər, Bərdə, Qəbələ, Qubada 16 m/s, Bakıda və Abşeron yarımadasında Bakıda 28 m/s, Maştağada 20 m/s, Neft Daşları, Çilov adası, Binədə 19 m/s, Sumqayıtda 18 m/s, Pirallahıda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,9 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti 30-u gündüzədək davam edəcək.
Martın 28-də müşahidə olunan şimal-qərb küləyi 29-da cənub-qərb küləyi ilə əvəz olunacaq, küləyin maksimal sürəti 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.