HADİSƏ

Mingəçevirdə külək ciddi fəsadlar törətdi

Təbiət hadisəsi zamanı "Nur şəhəri"ndə şəhid ailələri, qazilər üçün tikiləcək 7 mərtəbəli binanın məlumat lövhəsi güclü küləyə tab gətirməyərək aşıb.
Sputnik
BAKI, 28 mart — Sputnik. Külək bina tikilmədən məlumat lövhəsini aşırdı
"Mingəçevirdə aşan böyük lövhə həm piyadalara,həm də avtomobillərin hərəkətinə çətinlik yaradıb."
Yaz fəsli gəlsə də, bir çox bölgələrdə sanki qış hələ çıxmayıb.
Bəzi rayonlarda qeyri-sabit hava şəraiti davam edir. Sputnik Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarından Mingəçevirdə güclü külək müşahidə edilməkdədir.
Təbiət hadisəsi zamanı "Nur şəhəri"ndə şəhid ailələri, qazilər üçün tikiləcək 7 mərtəbəli binanın məlumat lövhəsi güclü küləyə tab gətirməyərək aşıb.
Mingəçevirdə küləyin fəsadları
Hadisə zamanı xəsarət alan olmasa da, piyadaların, həm də avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.
Aşan iri lövhə yol kənrına çəkilən dəmir məhəccərləri də sındırıb. Hazırda bölgədə küləkli hava müşahidə edilməkdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.