BAKI, 28 mart — Sputnik. Moskva Qərb ölkələrinin liderlərinin "mağara rusofobiyası" bəsləməsinə təəccüblənir, onlar öz hərəkətlərinin zərərliliyini başa düşməlidirlər, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov qeyd edib.
Sergey Lavrov bildirib ki, Rusiya təcrid olunmur, onun çox sayda tərəfdaşı var.
Serbiya mətbuatına müsahibəsi zamanı "Rusiyanın təcrid olunması" mövzusunda danışan nazir "təcrid məsələsinə gəlincə, heç bir təcrid yoxdur" - deyə bildirib.
Nazir əlavə edib ki, Rusiyanın Asiya-Sakit okean regionunda, Asiyada, ümumiyyətlə, Afrikada, Latın Amerikasında çoxlu sayda tərəfdaşları var.
Lavrovun sözlərinə görə, Rusiyanın inkişaf etməkdə olan ölkələrin yaratdığı təşkilatların böyük əksəriyyəti ilə yaxşı əlaqələri var və təbii ki, bu təşkilatlar arasında Afrika İttifaqı, Latın Amerikası və Karib hövzəsi ölkələrinin təşkilatı, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) və bir çox başqaları var.
Ukrayna ilə danışıqlar
Rusiya XİN rəhbəri bildirib ki, Rusiya gələcəkdə Belqrad da daxil olmaqla Ukrayna ilə danışıqlar üçün digər şəhərləri də nəzərdən keçirməyə hazır olacaq.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların bazar ertəsi başlaması ehtimalı azdır - danışıqların martın 29-da başlaması gözlənilir.
"Danışıqlar üçün yer hər iki komanda üçün məqbul olmalıdır. Belarusda üzbəüz danışıqların üç raundunu keçirdik, sonra texniki səbəblərə görə fasilə yarandı, birbaşa görüşmək çətin idi. İndi danışıqların aparılması ilə bağlı razılıq əldə olunub. İstanbuldakı görüş, bu, hər iki tərəfin imkanlarının üst-üstə düşdüyü coğrafi nöqtəni əks etdirir. Hərçənd, bir daha deyirəm, biz, əlbəttə, Belqrad da daxil olmaqla, digər yerləri də nəzərdən keçirməyə hazır olacağıq", - deyə Lavrov bildirib.
O bildirib ki, Rusiya ilə Ukrayna arasında razılaşma şansları var.
"Beləliklə, mən hələ də anlaşma şanslarının olduğunu görürəm, çünki Qərb tərəfdaşlarımızın ən kobud uzunmüddətli səhvlərini indi başa düşürlər, baxmayaraq ki, məlum səbəblərə görə onların bunu yüksək səslə söyləmək ehtimalı azdır", - XİN rəhbəri deyib.
Eyni zamanda, onun fikrincə, Kiyev yalnız danışıqlar görüntüsü yaratmaq istəyir, lakin bu dəfə onlar bu yolla hərəkət edə bilməyəcəklər, onlara nəticə lazımdır.
"İndi əsas məsələ yalnız danışıqlar görüntüsü, həll yolu görüntüsü yaratmaq istəyən ukraynalılara belə bir imkan verməkdən qaçınmaqdır. Onlar Minsk razılaşmalarına nail olduqdan (Donbasla bağlı - red.) dərhal sonra onu sabotaj edəndə buna nail oldular. Ona görə də onların prosesi imitasiya etmək bacarığını biz yaxşı bilirik və bu dəfə bu alınmayacaq. Bizə nəticələrə əsaslanan danışıqlar lazımdır və bu, prezidentlər tərəfindən müəyyən ediləcək", - S.Lavrov deyib.
NATO Rusiyanın narahatlığını eşitdi
Nazir bildirib ki, NATO Rusiyanın təhlükəsizliklə bağlı narahatlığını eşitməyə başlayıb və Kiyevə təsir edəcək.
"Bizim inanmaq üçün əsasımız var ki, indi bizim fundamental qanuni maraqlarımızla birbaşa əlaqəli olan ən ciddi narahatlıqlarımız hələ də (NATO-da) eşidilir, onlar başa düşülməyə başlayıb", - Lavrov Serbiya mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qərb "bu halda Kiyev rejiminə təsir edəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.