RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya hərbçiləri Ukraynanın 1656 zirehli texnikasını məhv edib

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hərbçiləri Kiyevdən 30 kilometr aralıda S-300 və Buk komplekslərinin raket anbarını vurub
Sputnik
BAKI, 27 mart - Sputnik. Xüsusi əməliyyat başlayandan bəri Rusiya Silahlı Qüvvələri Ukrayna qoşunlarının 1656 ədəd tank və digər zirehli texnikasını məhv edib. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 289 pilotsuz uçuş aparatı, 1656 tank və digər zirehli döyüş maşını, 169 reaktiv yaylım atəşi sistemi, 684 səhra artilleriya və minaatan, o cümlədən 1503 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib". - deyə general məlumat verib.
Konaşenkov onu da deyib ki, usiya aerokosmik qüvvələri son 24 saat ərzində Ukraynanın 67 hərbi obyektini məhv edib:
“Gün ərzində operativ-taktiki və ordu aviasiyası Ukraynanın 67 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, silah və sursat olan üç səhra anbarı, Ukrayna silahlı qüvvələrinin 11 dayaq məntəqəsi və 20 hərbi texnikanın cəmləşdiyi ərazilər var”.
Daha sonra Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Rusiya hərbçiləri Kiyevdən 30 kilometr aralıda S-300 və Buk komplekslərinin raket anbarını vurub:
“Həmçinin, dəniz bazalı yüksək dəqiqlikli uzaqmənzilli silahlar Kiyev şəhərindən 30 kilometr cənub-qərbdə yerləşən Plesetskoye kəndində S-300 və “Buk” zenit-raket kompleksləri üçün raket anbarını məhv edib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Putin Ukraynadakı əməliyyatın iştirakçılarının statusu haqqında qanunu imzalayıb